Layihə haqqında

Yeni həyata başlamağın vaxtıdır.

2002-ci ildən fəaliyyətə başlayan “Yeni Hayat” Şirkətlər Qrupu günümüzdə Azərbaycanın inşaat sektorunun lidərlərindən biridir.
Ötən illər ərzində şirkət istər dizaynı və lokasiyası, istərsə də innovativ texnologiyaların və müasir standartların tətbiqi baxımından seçilən bir neçə böyük layihələri ilə rəğbət qazanmışdır. İnşa edilən hər bina, hər kompleks sakin və istifadəçilərə yeniyaşam keyfiyyətini təqdim etmişdir. Bugün “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza” ,”Azure” kompleksləri Bakının memari mənzərəsinin inciləri sayılmaqdadır.
Böyük məmnuniyyət hissi ilə sizə “YeniHayat” Şirkətlər Qrupunun yeni layihəsi olan“Park Azure” ilə tanış edirik.
Paytaxt infrastrukturunun ən uğurlu hissəsində, A.Cəlilov 27A ünvanında, 10 000 m2 sahədə təməli qoyulan Park Azure lüks həyatın bütün atributlarını əlçatan edəcəkdir. 6 bloklu, 18 mərtəbəli Park Azure 1000 m2- lik geniş həyəti, 585 mənzili, yeraltı avtodayanacağı, hipermarketi, kinoteatrı, fitness və SPA salonu, uşaq bağçası ilə sizi arzularınızın mənzilinə qovuşduracaq.
Avtodayanacaq
Rahat həyatın əsas atributlarından biri, heç şübhəsiz, avtodayanacaqdır. Park AzureYaşayış Kompleksini seçənlərin avtomobilləri 2000-ə qədər yerlik geniş və təhlükəsiz avtodayanacaqda yer alacaqdır.
Hipermarket
Gündəlik ehtıyaclarınızı təmin edə biləcək marketi axtarmaq lazım deyil. Park Azure kompleksinin 1-ci mərtəbəsində sizi 5000 m2 ərazidə yerləşən nəhəng hipermarket qarşılayacaqdır.

Fitness və SPA
Yorğun iş həftəsinin ağırlığını Park Azure kompleksinin 5- ci mərtəbəsində, 3000 m2 -ə yaxın sahədə yerləşən Fitness və SPA salonunda ata biləcəksiniz. Burada müasir trenajorlarla yanaşı qadın və kişilər üçün 2 ayrı hovuz da fəaliyyət göstərəcəkdir.
Uşaq Bağçası
Uşaqlarınızın müasir, rahat və ən əsası sizə yaxın bağçada olmasını istəyənlər, Park Azure sizə bu imkanı da yaradır. Kompleksin 5-ci mərtəbəsində 1000 m2 sahədə dövrün son sözünə gorə təchiz olunmuş və yüksək peşəkarların çalışdığı Uşaq Bağçası övladlarınızın məktəbəqədər təhsil və inkişafında əvəzsiz yardım edəcəkdir.
Megafun- a keçid.
Park Azure sakinləri yalnız öz komplekslərində deyil, qarşı tərəfdə yerləşən Megafun Əyləncə Mərkəzində təqdim olunan bütün xidmətlərdən, 20- yə qədər kafe və restoranlardan, habələ 200- dən çox oyun atraksionlarından yararlana və bol-bol əylənə bilərlər. Bunun üçün binanı tərk etmək belə tələb olunmayacaq. 2- ci mərtəbədə yerləşən yerüstü, qapalı keçiddən istifadə yetərlidir. Bir neçə dəqiqə və siz Avropanın ən böyük qapalı əyləncə mərkəzindəsiniz.